İcra başçısı Feysbuk statusuna görə iş adamını məhkəməyə verdi

İcra başçısı Feysbuk statusuna görə iş adamını məhkəməyə verdi

23-04-2020 00:24 / Bu xəbər 1257 dəfə oxundu

Şəmkir rayonunun icra başçısı Alimpaşa Məmmədov Şəmkir Şampan Şərabları ASC-nin direktoru Hafiz İbrahimovu məhkəməyə verib.

Bu barədə ASC-nin direktoru Hafiz İbrahimov özü "Ovqat.com”a açıqlamasında deyib.

İlk məhkəmə prosesi 23 aprel tarixində Şəmkir Rayon Məhkəməsində baş tutacaq.

İcra başçısının iş adamını məhkəməyə verməsinə səbəb isə H.İbrahimovun Feysbukda yazdığı status olub.