İcra Hakimiyyətinin binası qarşısına bomba qoyulduğunu dedi, FHN hərəkətə keçdi...

İcra Hakimiyyətinin binası qarşısına bomba qoyulduğunu dedi, FHN hərəkətə keçdi...

28-01-2022 11:57 / Bu xəbər 1059 dəfə oxundu

Səbail Rayon İcra Hakimiyyətinin (RİH) qarşısına bomba qoyulduğunu deyən şəxs saxlanılıb.

Qaynarinfo xəbər verir ki, hadisə yanvarın 27-si saat 16 radələrində qeydə alınıb. Belə ki, naməlum şəxs Fövqəladə Hallar Nazirliyinin (FHN) "112” qaynar xəttinə zəng edərək RİH-nin qarşısına bomba qoyulduğunu bildirib.

Araşdırma zamanı zəng edən şəxsin Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü M.N (Ad, soyadı şərti) olduğu məlum olub.

Daha sonra həmin şəxs hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılıb.

Məlum olub ki, M.N ruhi xəstədir. 

O, psixiatriya xəstəxanasına yerləşdirilib.