İctimai fəallar məhkəməyə etiraz aksiyası keçiriblər
24-08-2022 21:40 / Bu xəbər 995 dəfə oxundu
"Bu işin siyasi qisasa çevrilmədiyini mənə heç kəs deyə bilməz".
Bunu yazar Zümrüd Yağmur Ağır Cinayətlər Məhkəməsinin qarşısındakı açıqlamasında deyib.
Sənay Yağmurun işi ilə bağlı Ağır Cinayətlər Məhkəməsində keçirilən növbəti məhkəmə prosesi təxirə salınıb.
Hökm oxunmadığına görə ictimai fəallar Bakının mərkəz küçələrində aksiya keçirib.
Onlar "Ədalətli hökm ver, məhkəmə satlıq deyil!", "Sifarişi dayandır!", "Dövlət, təcavüzkarı qoruma!", "İlham Əliyev, təcavüzkarı qoruma!" kimi bir çox şüarlar səsləndiriblər.
Məhkəmə 2 sentyabr tarixinə təxirə salınıb.(Toplum.tv)












