İdarə rəisi məhkəməyə verildi

İdarə rəisi məhkəməyə verildi

11-10-2023 20:06 / Bu xəbər 957 dəfə oxundu

Mədəniyyət Nazirliyi yanında Bakı Şəhər Mədəniyyət İdarəsinin rəisi İbrahim Əliyev məhkəməyə verilib.

Rəislə bağlı məhkəməyə qurumun keçmiş əməkdaşı Şahverdiyev İlham Ağadadaş oğlu müraciət edib.

O, məhkəmədə idarə rəhbərliyi barəsində "əmək mübahisələri - işə bərpa” olunmaqla bağlı iddia qaldırıb. 

İşə Səbail Rayon Məhkəməsinin hakimi Mədinə Bağırovanın sədrliyi ilə baxılacaq.