İki əcnəbi qızın Azərbaycan sevgisi - FOTO

İki əcnəbi qızın Azərbaycan sevgisi   - FOTO

05-01-2014 15:47 / Bu xəbər 3131 dəfə oxundu

Bu iki litvalı qız Azərbaycanı öz vətənləri qədər sevir. 

Onlar Azərbaycanın mədəniyyətini qiymətləndirir və hər şeydən əvvəl öz ölkə sakinlərinə bütün bunlarla tanış edirlər.

Arqument.Az-ın Baku.ws-yə istinadən məlumartına görə, Melli və Nelli Sabirovalar kiçik yaşlarından Azərbaycana baş çəkməyi, Azərbaycan mədəniyyətini gözləri ilə görməyi arzu edir. Onlar ölkəmizin tarixini öyrənmək fikrindədirlər.

Qızların sözlərinə görə, onların Azərbaycana marağı 2012-ci ildə Bakıda keçirilən "Eurovision" mahnı müsabiqəsindən sonra yaranıb.

"Biz Azərbaycanla 2012-ci ildə "Eurovision"dan sonra maraqlandıq. Bu ölkə haqqında daha çox şeylər öyrənməyə başladıq. Azərbaycan dilini öyrənməyə başladıq və bu günə kimi öyrənirik. Azərbaycanda keçirilən bayramları biz də qeyd edirik və Azərbaycanın matəm günlərini xatırlayırıq, Azərbaycanla bağlı fotosessiyalarda iştirak edirik", - deyə Nelli və Melli Sabirovalar bildirir.

Arqument.Az