İlham Əliyev FHN və DİN-ə əlavə səlahiyyətlər verdi

İlham Əliyev FHN və DİN-ə əlavə səlahiyyətlər verdi

29-08-2022 17:25 / Bu xəbər 1081 dəfə oxundu

Fövqəladə Hallar Nazirliyi (FHN) və Daxili İşlər Nazirliyinə (DİN) yeni səlahiyyət verilib.

Prezident İlham Əliyev bununla bağlı müvafiq fərman imzalayıb.

Belə ki, əkin yerinin yandırılmasına görə Fövqəladə Hallar Nazirliyi və Daxili İşlər Nazirliyinə cərimə tətbiq etmək səlahiyyəti verilib.

İndiyə qədər əkin yerinin yandırılmasına görə inzibati xətalar haqqında işlərə yalnız İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti qismində İqtisadiyyat Nazirliyi və ya Kənd Təsərrüfatı Nazirliyi baxıb.