İlqar Məmmədov İlham Əliyevi təbrik edib
08-02-2024 15:36 / Bu xəbər 596 dəfə oxundu
Respublikaçı Alternativ (REAL) Partiyası Siyasi Komitəsinin sədri İlqar Məmmədov İlham Əliyevi yenidən Prezident seçilməsi münasibətilə təbrik edib.
Bu barədə partiyadan məlumat verilib.
"Ərazi bütövlüyümüzün bərpasında rolunuza yekun siyasi qiyməti vermiş prezident seçkisində qələbəniz münasibətilə Sizi təbrik edir, bir neçə aydan sonra ölkəmizin gələcəyinə həsr olunacaq parlament seçkisində rəhbəri olduğunuz partiya ilə azad və bərabər rəqabətimizin Azərbaycanda demokratiyaya yeni keyfiyyət qazandırmasını arzulayıram”, – təbrikdə deyilir.