İnhisarçı oliqarxın oğlu YAP-ın siyahısına necə düşüb?

İnhisarçı oliqarxın oğlu YAP-ın siyahısına necə düşüb?

19-07-2024 13:13 / Bu xəbər 625 dəfə oxundu

Yeni Azərbaycan Partiyasının (YAP) namizədləri siyahısında olan Elnur Rəhimovun "Bakı Tikiş Evi” ASC-nin sədri Fidail Rəhimovun oğlu olduğu bildirilir. 

Elnur Rəhimovun hazırda "Bakı Tikiş Evi” ASC-nin sədr müavinidir. Yəni oğul atanın müavinidir. 

"Xalq.az" yazır ki, Elnur Rəhimovun adı son anda YAP-ın siyahısına salınıb və bunda Fidail Rəhimov şəxsi əlaqələri əsas rol oynayıb. 

Bildirilir ki, Azərbaycanda vahid məktəbli formalarını monopoliyaya alan Rəhimovlar indi də parlamentdə tribuna qazanmaq istəyirlər. 

Fidail Rəhimov uzun illərdir ki, "Bakı Tikiş Evi” ASC-nin sədridir və ölkədəki bütün məktəblər üçün geyim formasını tikir, bu formaları almaq isə məcburidir. 

Ölkədə orta ümumtəhsil məktəblərində 1 milyon 600 min nəfər şagird təhsil alır. Bu sahə "Bakı Tikiş Evi” ASC-nin sədri Fidail Rəhimovun monopoliyasında olduğu üçün ondan başqa adam məktəblərə forma verə bilməz. 

Qiyməti Nazirlər Kabineti tənzimləsə də, qara bazarda "Bakı Tikiş Evi” ASC öz istədiyini həyata keçirdir. Olduqca kefiyyətsiz matreallardan tikilən geyimlərin dəsti qara bazarda 90 mantda satılır. 

İl ərzində "Bakı Tikiş Evi” ASC bu formalardan təqribən 15 milyon manat gəlir götürür. Bundan əlavə güc nazirliklərinin də geyim formaları hansısa sehirli əl vasitəsilə Fidail Rəhimovun rəhbəri olduğu "Bakı Tikiş Evi” ASC-yə həvalə edilib. Bir sözlə, ölkədəki bütün geyim formalarını məhz "Bakı Tikiş Evi” ASC həyata keçirir.

"Reallıq bundan ibarətdir ki, Fədail Rəhimovun rəhbərlik etdiyi fabrik hazırda Azərbaycanda məktəbli formalarının istehsalı və satışı ilə bağlı inhisarçı müəssisədir. Baxmayaraq ki, Rəhimov KİV-ə açıqlamalarında bunu israrla təkzib etməyə çalışır. Amma reallıq ondan ibarətdir ki, monopolist müəssisələr, nə qədər nəzarət edilsə də, bazarda istədikləri qiyməti diqtə edə bilir. Əks halda F.Rəhimovdan soruşmaq lazımdır: niyə Azərbaycanda oxşar tikiş fabrikləri yoxdur? Nə üçün məktəbli formalarının sifarişi və istehsalı ilə digər fabriklər də məşğul olmurlar? Üstəlik, axı bu cür anoloji müəssisələri regionlarda yaratmaq olardı", - deyə məlumatda vurğulanır.

Məlumatda həmçinin qeyd olunur ki, Fidail Rəhimov öz oğlunu bu ASC-də maliyyə işləri üzrə sədr müavin təyin etməklə onun bir çox tenderlərdə asanlıqla qalib olmasına şərait yaradıb. Bu tenderləri almaq üçünsə, heç şübhəsiz, ona hansısa yüksək vəzifəli şəxslər "yaşıl işıq" yandırıb. Məhz bunun göstəricisidir ki, bu gün adı heç yerdə hallanmayan 35 yaşlı Elnur Rəhimov YAP-ın seçki siyahısına salınıb. 

35 yaşlı Rəhimov Elnur Fidail oğlu Bakı şəhər Nəsimi rayon sakinidir.

O, 2012-ci ildə Türkiyə Cümhuriyyətinin İzmir Şəhərində Dokuz Eylül Universitetini bitirib. 

2012-2013-cü illərdə İsveçrənin Cenevrə şəhərində MBA "Master of business Administration with major in Global Banking and Finance" dərəcəsini bitirib. 

2013-cü ildən Bakı Tikiş Evi ASC-də maliyyə işləri üzrə sədr müavini vəzifəsində işləyir. 

2014-2019-cu illərdə YAP Nəsimi rayon təşkilatı Gənclər Birliyinin sədri olub. 

Ailəlidir 2 övladı var.

9 fevral 2020-ci ildə növbədənkənar parlament seçkilərində "YAP”ın namizədi olaraq 23 saylı Nəsimi – Səbail seçki dairəsindən Ziyad Səmədzadəyə məğlub olub.
 
Yazıdakı iddialarla bağlı Fidail və Elnur Rəhimovlar hər hansı bir açıqlama verməyiblər.