İqtisadiyyat üzrə Nobel mükafatı laureatları açıqlandı

İqtisadiyyat üzrə Nobel mükafatı laureatları açıqlandı

14-10-2024 15:47 / Bu xəbər 53 dəfə oxundu

Daron Acemoğlu, Saymon Conson və Ceyms Robinson iqtisadiyyat üzrə Nobel mükafatı laureatları elan edilib.

Bu barədə Nobel Komitəsi məlumat yayıb.

Məlumata görə, alimlər uğurla apardıqları araşdırmalarda bir ölkənin inkişafı üçün ictimai institutların vacibliyini göstəriblər.

Daron Əcəmoğlu 1967-ci ildə İstanbulda anadan olub. 

O, 1993-cü ildən bəri dünyanın ən nüfuzlu universitetlərindən sayılan Massaçusets Texnoloji Univesitetində çalışmağa başlayıb. 

2000-ci ildə professor dərəcəsi alıb. 

O zamandan bəri universitetin tətbiqi iqtisadiyyat fakültəsində dərs deyir.

Saymon Conson 1963-cü ildə Şeffild şəhərində anandan olub, Britaniya-Amerika iqtisadçısı, Massaçusets Texnologiya İnstitutunun professorudur.

Ceyms A. Robinson 1960-cı ildə anandan olub. 

O, iqtisadçı və siyasət tədqiqatçısıdır. 

2015-ci ildən Harris İctimai Siyasət Məktəbində (Çikaqo Universiteti) professordur və əvvəllər Harvard Universitetində dərs deyib.