İş adamına cinayət işi açıldı, axtarışa verildi
17-04-2023 13:03 / Bu xəbər 738 dəfə oxundu
İş adamı Şərif Salmanova cinayət işi açılıb.
"Qafqazinfo"nun məlumatına görə, xaricdə təhsil şirkətlərinin rəhbəri kimi tanınan Ş.Salmanova Cinayət Məcəlləsinin 178.3.2 (Dələduzluq-külli miqdarda ziyan vurmaqla), 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 312.2-ci (Rüşvət vermə) maddələri ilə ittiham elan edilib.
Onun barəsində çoxsaylı vətəndaş şikayətlərinin olduğu bildirilir.
"İTCC” və "Bakı Training mərkəzi”nin rəhbəri olan Ş.Salmanov tez-tez televiziya proqramlarına ekspert kimi də dəvət edilib.












