İşdən çıxarılan jurnalist “Yeni Azərbaycan” qəzetini məhkəmədə uddu

İşdən çıxarılan jurnalist “Yeni Azərbaycan” qəzetini məhkəmədə uddu

01-12-2022 14:05 / Bu xəbər 987 dəfə oxundu

İşdən çıxarılan jurnalist "Yeni Azərbaycan” qəzetinə qarşı məhkəmə iddiasını udub.
 
Belə ki, Nərimanov Rayon Məhkəməsi jurnalist Qaşqay Ziyəddinoğlunun işdən azad edilməsi haqqında qərarın ləğvi,  işə bərpa olunması və isburaxma dövrü üçün əməkhaqqının ödənilməsi barədə qərar qəbul edib.

30 noyabr 2022-ci il tarixində jurnalist Qaşqay Ziyəddinoğlunun (Qaşqay Ziyəddin oğlu Ramazanovun) Yeni Azərbaycan Partiyasının (YAP) rəsmi mətbu orqanı olan "Yeni Azərbaycan” qəzetinə qarşı məhkəmə iddiası əsasında Nərimanov Rayon Məhkəməsinin hakimi Aytən Novruzovanın sədrliyi ilə baxış iclası keçirilib.

Qaşqay Ziyəddinoğlunun mediaya açıqlamasında açıqlamasında bildirib ki, baxış iclasında iddiaçı jurnalistlə yanaşı, "Yeni Azərbaycan” qəzetini təmsil edən vəkil, Dövlət Əmək Müfəttişliyinin Bakı Şəhər İdarəsinin numayəndəsi də iştirak edib. 

Əvvəlcə iddiaçı Qaşqay Ziyəddinoğlu çıxış edərək qanunsuz işdən uzaqlaşdırıldığını əmək qanunvericiliyinə əsasən, geniş şəkildə izah edib. 

Daha sonra Dövlət Əmək Müfəttişliyinin Bakı Şəhər İdarəsinin nümayəndəsi işlə bağlı fikrini bildirib. 

"Yeni Azərbaycan" qəzetinin baş redaktoru Alqış Musayevin tutduğu vəkil də çıxış edərək cavabdeh tərəfin haqlı olduğunu iddia edib.

Bundan sonra məhkəmə müşavirəyə gedib. 

Müşavirədən sonra Nərimanov Rayon Məhkəməsinin hakimi Aytən Novruzova iddianın təmin edilməsi, o cümlədən jurnalist Qaşqay Ziyəddin oğlu Ramazanovun işdən azad edilməsi haqqında qərarın ləğvi, işə bərpa olunması və isburaxma dövrü üçün əməkhaqqının ödənilməsi barədə məhkəmənin qərarını elan edib.

İlk hazırlıq iclası cari ilin sentyabr ayının 27-də baş tutan məhkəmə iddiası jurnalist Qaşqay Ziyəddinoğlunun qanunsuz olaraq işdən azad edilməsinə görə qaldırılmışdı.