İşsiz şəxslərə birdəfəlik ödəmənin verilməsinə başlanıldı
10-04-2020 13:00 / Bu xəbər 1110 dəfə oxundu
İşsiz şəxslərə birdəfəlik ödəmənin verilməsinə başlanılıb
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindən arqument.Az-a məlumat verilib.
Məlumata görə, 10 min işsizə vəsait ödənilib.
Nazirlikdən bildirilib ki, ilk olaraq 10 min işsiz şəxs üçün birdəfəlik ödəmə bank filiallarına və poçt şöbələrinə köçürülüb.
"Onların müraciət edərkən qeyd etdikləri telefon nömrəsinə bu barədə SMS göndəriləcək. Yalnız bu mesajı aldıqdan sonra işsiz şəxslər evdən çıxmaq üçün müvafiq qaydada icazə alaraq, SMS-də "Azərpoçt” MMC qeyd edilibsə, istənilən poçt şöbəsinə, SMS-də bank göstərildiyi halda isə həmin bankın istənilən filialına şəxsiyyət vəsiqəsi ilə müraciət edib vəsaitlərini ala bilərlər", - məlumatda bildirilir.
Nazirlikdən bildirilib ki, ödəmələrin verilməsi gündəlik davam edəcək və qeydiyyata alınan digər işsiz şəxslər də bu ödənişlə təmin ediləcəklər.
Nizami












