İtkin düşən daha bir hərbçinin şəhid olduğu müəyyənləşdi
19-02-2021 14:58 / Bu xəbər 2027 dəfə oxundu
İtkin düşən daha bir hərbçimizin şəhid olduğu müəyyənləşib.
APA xəbər verir ki, Sumqayıt şəhər Hacı Zeynalabdin qəsəbə sakini, 1996-cı il təvəllüdlü Qulamov Rəcəb Xaydaroviç 5 ay bundan öncə itkin düşmüşdü.
Şəhidin nəşi Murov istiqamətində gedən axtarışlar zamanı tapılıb.
R. Qulamov bu gün Sumqayıt Şəhidlər Xiyabanında torpağa tapşırılacaq.












