Jurnalist Rəşad Süleymanov vəfat etdi

Jurnalist Rəşad Süleymanov vəfat etdi

15-12-2020 13:15 / Bu xəbər 773 dəfə oxundu

Jurnalist, "AzeriDefence" jurnalının Baş redaktoru Rəşad Süleymanov vəfat edib.

Bu barədə yaxınları məlumat yayıb.

Onlar bildiriblər ki, jurnalist koronavirusdan vəfat edib. 

Rəşad Süleymanov uzun illərdir peşəkar jurnalist kimi fəaliyyət göstərirdi. O, ölkənin aparıcı KİV-lərində çalışıb.