Jurnalist “Toplum TV işi” ilə bağlı dindirilib

Jurnalist “Toplum TV işi” ilə bağlı dindirilib

10-07-2024 17:04 / Bu xəbər 673 dəfə oxundu

İyulun 10-da müstəqil jurnalist Samirə Əliyeva Bakı Şəhər Baş Polis İdarəsinə çağırılıb. 

O, "Toplum TV işi” üzrə 4 saat şahid qismində dindirildikdən sonra sərbəst buraxılıb.

"İstintaq sirrini açıqlamamaq öhdəliyinə görə detalları açıqlaya bilmirəm. Mənə hər hansı psixi və ya fiziki təzyiq olmadı", -  Əliyeva deyib.

Ötən ilin sonundan Azərbaycanda "Toplum” TV və "Abzas Media” işləri üzrə onlarla jurnalist və fəal dindirilib.

Bu işlər üzrə 14 nəfər həbs edilib, daha iki nəfərin barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib.