Koronavirusdan ölən şəxs necə dəfn edilməlidir?

Koronavirusdan ölən şəxs necə dəfn edilməlidir?

13-03-2020 19:07 / Bu xəbər 1366 dəfə oxundu

"Xəstələr vəfat etdikdən sonra onların dəfnində hər hansı tələb, qayda, qadağa yoxdur”.

"Qafqazinfo” xəbər verir ki, bunu TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva Ümümdünya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəliyinin keçirdiyi mətbuat konfransında deyib. 

O bildirib ki, həmin şəxslər dini qaydalara uyğun olaraq dəfn edilməlidir: "Bu xəstəlik nəfəs vasitəsilə keçdiyi üçün vəfat edən şəxsdən virusun keçməsi təhlükəsi yoxdur”.