Kəlbəcər və Laçın sərhədində növbəti atışma
07-09-2022 13:10 / Bu xəbər 1023 dəfə oxundu
Sentyabrın 6-da saat 19:50-dən 1:20-dək Ermənistan Silahlı Qüvvələri Azərbaycan Silahlı Qüvvələrinin Kəlbəcər rayonunun Zəylik kəndi və Laçının Əhmədli kəndi istiqamətindəki mövqelərini atəşə tutublar.
Bu barədə çərşənbə günü səhər Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, Azərbaycan tərəfi adekvat tədbirlər görüb.
Ermənistan tərəfi isə atəşkəs rejiminin pozulmasını təkzib edir.
Artıq bir neçə gündür ki, sözügedən ərazilərdə atışmalar barədə xəbərlər daxil olur.












