Kəmaləddin Heydərovun oğlu Almaniyada “Kriptovalyuta ferması” açıb

Kəmaləddin Heydərovun oğlu Almaniyada “Kriptovalyuta ferması” açıb

04-02-2021 13:28 / Bu xəbər 1293 dəfə oxundu

Azərbaycanın Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun biznesmen oğlu Tale Heydərov Avropanın ən böyük "kriptovalyuta ferması”nı Almaniyada açıb. 

Demokrat.az-ın məlumatına görə, nazir oğlu Almaniya Federativ Respublikasının Essen şəhərində yerləşən və rəngli çap işləri üzrə fəaliyyət göstərən "Turquoise Media Company” GmbH adlı şirkətinin yerləşdiyi tarixi binanın bir mərtəbəsini "kriptovalyuta ferması”na ayırıb. 

Nazir oğlunun "ferması” Türkiyənin informasiya komunikasiya texnologiyaları sahəsində uzun illərdir fəaliyyət göstərən məşhur şirkətlərdən biri tərəfindən qurulub.  

"Kriptovalyuta ferması”nazir oğluna 692 min avroya (1, 416 486 AZN) başa gəlib. "Mədənçilik” (mining-ingiliscə) sayəsində T.Heydərovun gündəlik təxminən 1002 avro (2050 AZN) qazanc götürməsi gözlənilir. 

"Mədənçilik” nədir?

"Mədənçilik” kriptovalyutaların texniki və proqram təminatı vasitəsi ilə istehsalı, həmçinin kripto pul köçürmələrinin qeydiyyatı və təsdiqidir. Mədən üçün çox güclü prosessorları olan kompüterlər tələb olunur.

Kriptovalyuta mədənçiliyi əsasən iki mühüm məqsədə xidmət edir. "Bitcoin” nümunəsi əsas götürülsə, "Mədənçilik” "Bitcoin” şəbəkəsində paylanan əməliyyat məlumatlarının yoxlanılması və blok zəncirində saxlanmasıdır.

Dünya bankları pul çap etdirdiyi kimi "Bitcoin” üçün pul təchizatı "Mədənçilik” yolu ilə yaradılır. Qazanılan kriptovalyutalar sonradan bank hesabları vasitəsi ilə nağdalaşdırılır.

Yazıda adıçəkilən şəxslər məlumata münasibət bildirməyiblər.