Dövlətə 7 milyondan çox borcu olan Yavər kimdir? - “Qaçqınkom”un sevimli şirkəti batır
13-09-2023 00:55 / Bu xəbər 1509 dəfə oxundu
Bakıda bir sıra dövlət qurumların tenderlərinin qalibi olan və "tender kralı” adını qzanan "Bakinşaat Group” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) borc içində batır.
Qaynarinfo-nun məlumatına görə, qanuni təmsilçisi Məmmədov Elşad Sabir oğlu olan "Bakinşaat Group” MMC-nin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə 7 milyon 184 min 469 manat vergi borcu var.
Şirkətin qanuni təmsilçisinin ölkədən çıxşına "stop” qoyulsa da, "Bakinşaat Group” MMC-nin əsil sahibi Yavər adlı sahibkardır.
O həmçinin Rusiyada otellər şəbəkəsinin də sahibidir.
Onun Yessuntukidə sanatoriyası da var. Buna baxmayaq, həmin şəxs dövlətə və o cümlədən fərdi sahibkarlara olan borclarını qaytarmır. "Bakinşaat Group” MMC-ni isə öz köməkçisi Elşad Məmmədovun adına rəsmiləşdirib.
Hazırda Elşad Məmmədovun ölkədən çıxışına "stop” qoyulub. "Bakinşaat Group” MMC-nin əməkdaşlıq etdiyi şirkətlərə də külli miqdarda borcu yaranıb.
Borc sahibləri müvafiq dövlət qurumlarına şikayətlərdə ünvanlasalar da, onların vəsaitləri MMC sahibi Yavər tərəfindən qaytarılmır.
"Bakinşaat Group” MMC-nin borclu olduğu şəxslərdən biri Qaynarinfo-ya bildirib ki, şirkət onun pulunu vermir.
"Bakinşaat Group” MMC mütəmadi olaraq Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin milyonluq tenderlərini udub. Təkcə 2020-ci ilin son rübündə komitə ilə "Bakinşaat Group” MMC arasında maliyyə dəyəri 3 801 400.68 AZN olan müqavilə imzalayıb.
Müqaviləyə əsasən, MMC Ramana qəsəbəsi ərazisində 1512 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsində 280 yerlik uşaq bağçasının tikintisini həyata keçirib.
"Bakinşaat Group” MMC rəhbərliyi isə dolayı yolla yaranmış borca görə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsini günahlandırır.