Keçmiş siyasi məhbus işgəncələrdən yazıb: “Pakistanlı həkim mənə baxıb göz yaşlarını saxlaya bilmədi”
18-04-2020 17:36 / Bu xəbər 2328 dəfə oxundu
Keçmiş siyasi məhbus, Zərdab rayon Prokurorluğunun müstəntiqi olmuş Rüfət Səfərov ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin sabiq rəisi, general-mayor Elçin Quliyevlə və bu nazirliyin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovla eyni koloniyada, 9 saylı Cəzaçəkmə Müəssisəsində həbs həyatı yaşayıb.
Aprelin 17-də Rüfət Səfərovun öz "Facebook" səhifəsində dərc etdiyi xatirəsində həbsxanadakı işgəncə və insan ləyaqətinin alçaldılması səhnəsindən yazıb.
Yazını ixtisarla təqdim edirik:
Günün birində məhkumlara qarşı qeyri-bərabər münasibətin durdurulması tələbilə dustaq yoldaşım Cavid Şirəliyevlə birlkdə "zon” rəisinin əməliyyat işləri üzrə müavininin qəbuluna getdik. Adi yerə tüpürməyə görə bir neçə sutka "kars”la cəzalanan dustaqların döyülmələrinə, fiziki işgəncəyə, qeyri-insani rəftara məruz qalmalarına, "əli cibində olan” məhkumlarınsa min oyundan çıxmasına göz yumulmasına dair şikayətlərimizi çatdırdıq. Əks təqdirdə qeyri-müəyyən muddətə aclığa başlayacağımızı bildirdik.
Düz "zon”un mərkəzində uca səslə şüar səsləndirdim: "Rədd olsun diktatura! Yaşasın demokratiya!”
Bir neçə dəqiqə sonra ayıldım ki, "kars”dayam: əllərim və ayaqlarım qandallarla "şkonka”ya bağlanmış şəkildə. Belə də qəti qərar verib, səhər saat səkkizdə aclıq aksiyasına başladıq, bu barədə rəsmi yazılı müraciəti təqdim etdik. Əvəzində əməkdaşların zorakılığı ilə üzləşdik. Düz "zon”un göbəyində. Başqa "zon”larda bu sayaq davranış, dustaqların gözləri önündə digər məhkuma zor tətbiq edərək növbətçi hissəyə sürümək bir qayda olaraq mümkünsüzdür. Mən vəhşiliyə, təbii ki, oxşar cavab verməkdən çəkindim, əvəzində düz "zon”un mərkəzində uca səslə şüar səsləndirdim: "Rədd olsun diktatura! Yaşasın demokratiya!” Bir neçə dəqiqə sonra ayıldım ki, "kars”dayam: əllərim və ayaqlarım qandallarla "şkonka”ya bağlanmış şəkildə.
Təxminən 30 dəqiqə sonra "zon” rəisinin tərbiyəvi məsələlər üzrə müavini Azər Bağırzadə (haqqında növbəti hissələrdə daha ətraflı nəql edəcəyəm, qismət olsa.) "kars”a daxil oldu. Məni və atamı dövlətə və vətənə xəyanətdə təqsirləndirsə də əmr almadan işgəncə verməyə cürəti çatmadı. Başıma oyun açıb, məhv edəcəyi ilə hədələdi, maksimum - üç il müddətinə Qobustan həbsxanasına göndərəcəyi ilə təhdid etdi. Mənsə bir kəlmə işlətdim: "Edərsən.” (Amma sonradan iş elə gətirdi ki, Azərin özünü tulladılar. Dustaqlardan birini məntəqə tipli cəzaçəkmə müəssisəsinə göndərməyin qarşılığında valideyndən pul istəmişdi: telefon danışığı zamanı. Valideyn də tənbəllik etməz, səs yazısını yazar, aparar qoyar, ya Fikrət Məmmədovun, ya da müavininin masasının üzərinə. Alternativ yol qalmaz: Azər bədbəxt olar. Doğru deyiblər, sən saydığını say, gör bir fələk nə sayır...)
"Bundan əsəbləşən yanındakı cəlladlardan biri məni əlləri arasına qaldıraraq yuxarı qaldırıb yerə çırpdı. Zalım oğlu elə bil kartof atırdı. Bayıldım. İçi su ilə dolu vedrəni başıma əndərib ayıltdılar".
Bir saat keçir. Penitensiar Xidmətin xüsusi təyinatlıları "zon”a daxil olur. Məni "kars”ın kamerasından çıxarıb, gəzinti yerinə keçirirlər. Artıq Penitensiar Xidmətin rejim rəisi olan Füzuli (soyadını bilmirəm) və yanındakı 7-8 nəfər cəlladla qabaq-qənşər dayanmışıq. Dustaqlar arasında son dərəcə amansız, məhkum qanına təşnə biri kimi ad çıxaran Füzuli təxminən bir dəqiqə ərzində üzümə tərs-tərs baxıb, yumruqla sifətimə ilk zərbəni endirdi. Əllərim qandalda olsa da müvazinətimi saxlaya bildim, yıxılmadım. Bundan əsəbləşən yanındakı cəlladlardan biri məni əlləri arasına qaldıraraq yuxarı qaldırıb yerə çırpdı. Zalım oğlu elə bil kartof atırdı. Bayıldım. İçi su ilə dolu vedrəni başıma əndərib ayıltdılar.
Əvvəldən sözləşibmişlər kimi, 7-8 cəllad eyni zamanda üzümə tüpürməyə başladılar. Əllərim arxadan bağlı olduğuna görə çənəmi tam sinəmə dayadım ki, heç olmazsa, iyrənc ağızlardan çıxan bir topa tüpürcək başıma, tüklərimə hopsun. Amma bu, daha da vəhşiləşmiş Füzulini və cəlladlarını qane edə bilməzdi. Biri sağ, o biri sol qulağımdan tutub başımı qaldırdı. Mən yenidən var gücümlə başımı aşağı endirmək istəyəndə Füzuli dəyənəklə boynumun ardından vurub yerə sərdi.
Qollarımı qandaldan azad etdilər. Bir ayaq sağ, bir ayaq sol qolumun üstünə, dörd ayaq sağ, dörd ayaq sol ayağımın üzərinə qoyuldu ki, tam tərpənməz qalım. Təxminən iyirmi dəqiqə ərzində fasiləsiz surətdə yumşaq ətimə zərbələr endirildi. Özümü yarımçıq hiss edirdim: göbəkdən aşağı nahiyələr artıq mənə aid deyildi... Yenə bayıldım. İçi su ilə dolu vedrəni başıma əndərib yenidən ayıltdılar, boş vedrəni də başıma çırpdılar. Bu zaman Füzuli ayağını başımın üstünə qoyaraq: "Yenə özünü qudurğan kimi aparacaqsan?”, - deyə qışqırdı.
"Dabanını əzin!” Təxminən 15-20 dəqiqə ərzində pəncəmin altına zərbələr vurmağa başladılar. Əvvəlki kimi baş, əl və ayaqlarımın üstündə az qala oturmuşdular. Artıq taqətdən düşdüm, dözülməz ağrılar iradəmə üstün gəldi: "Ay ana! Ay ana! Ay ana!”- deyə bir neçə dəqiqə ərzində qışqırdım".
Heç bir reaksiya vermədiyimi görüb, əmr etdi: "Dabanını əzin!” Təxminən 15-20 dəqiqə ərzində pəncəmin altına zərbələr vurmağa başladılar. Əvvəlki kimi baş, əl və ayaqlarımın üstündə az qala oturmuşdular. Artıq taqətdən düşdüm, dözülməz ağrılar iradəmə üstün gəldi: "Ay ana! Ay ana! Ay ana!”- deyə bir neçə dəqiqə ərzində qışqırdım. (Bu yerdə təcrübəli dustaq kimi gənc dissidentlərə bir tövsiyə verim: işgəncə altında qətiyyən susmayın, çalışın ki, qışqırasınız, belə olanda sanki zərbələrin doğurduğu ağrılar uzun çəkmir.
Bir də baxam ki, bədbəxt Azər,- o Azər ki, sahibləri gələnədək cəsarət edib, barmağını belə mənə toxundura bilməmişdi,- arxadan kürəyimi təpikləyir...
Nə isə ki, artıq mütəhərrik meyitəm. Qollarıma girib, kameraya atırlar. Kamerada tualetin ətrafında elədən-elə, belədən-belə sürüyüb, bədənimlə döşəməni təmizləyirlər. Bütün müqəddəslərə and olsun, əziz oxucu, bununla da ürəkləri soymur, yenidən əllərimi, ayaqlarımı "şkonka”ya bağlayıb çıxırlar. Axşam saat 17-00-dək belə vəziyyətdə qalıram. Nə qədər istəsəm də... tualetə getmək üçün qandaldan azad etmirlər. Özümü batırıram. Özüm-özümdən iyrənirəm. İt kökündəyəm. Daha doğrusu, itdən də betər.
Sağ olsunlar, ailəm, Eldəniz Quliyev (hüquq müdafiəçisi-red), Bəhruz Bayramov (vəkil-red) həyəcan təbili çaldıqdan sonra Ombudsman Aparatının əməkdaşları, daha sonra Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri mənə baş çəkdilər. Peşəsindən irəli gələrək ən dəhşətli səhnələrə şahidlik edən pakistanlı həkim mənə baxıb, göz yaşlarını saxlaya bilmədi...
Bununla da ürəkləri soymur, yenidən əllərimi, ayaqlarımı "şkonka”ya bağlayıb çıxırlar. Axşam saat 17-00-dək belə vəziyyətdə qalıram. Nə qədər istəsəm də... tualetə getmək üçün qandaldan azad etmirlər. Özümü batırıram. Özüm-özümdən iyrənirəm.
Məhz bu 10 günlük "kars”dan sonra Qırmızı Xaç Komitəsinin təmsilçiləri söz verdikləri kimi ayda bir-iki dəfə "zon”a baş çəkdilər. Ta azadlığa çıxanadək...
Penitensiar Xidmət keçmiş siyasi məhbusun yazdığı işgəncə faktları ilə bağlı hələ şərh verməyib. Bununla yanaşı, Penitensiar Xidmət bir qayda olaraq işgəncə faktları ilə bağlı məlumatları qəbul etmir. Bildirir ki, cəzaçəkmə müəssisələrində məhbuslar qanunvericilik daxilində daxili intizam qaydalarına uyğun saxlanılır.
Rüfət Səfərov hakimiyyətdə olan Yeni Azərbaycan Partiyasının yaradıcılarından biri Eldar Sabiroğlunun oğludur. Eldar Sabiroğlu 2015-ci ildə Prezident Administrasiyasının o zamankı rəhbəri Ramiz Mehdiyevin ünvanına sərt çıxışlar edib. Həmin ilin dekabrında Rüfət Səfərov qanunçuluğu pozmasına və hüquq-mühafizə orqanlarının pis işinə görə hakimiyyəti açıq tənqid edib. O, prokurorluq orqanlarından istefa verdiyini bəyan edib.
Öz növbəsində prokurorluq bəyan edib ki, Rüfət Səfərov "prokurorluq işçisinə yaraşmayan hərəkətə” görə işdən çıxarılıb.
2016-cı il yanvarın 15-də Rüfət Səfərov rüşvət almaq ittihamı ilə həbs olunub. Lakin yanvarın 22-də o, ev dustaqlığına buraxılıb. Rüfət Səfərov ittihamı rədd edib və cinayət işinin sifariş olduğunu bildirib. O, ev dustaqlığı dövründə də əvvəlki fikirlərindən geri çəkilməyib, iqtidarı tənqid edən bəyanatlarını davam etdirib.
Keçmiş müstəntiq Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 2016-cı ilin sentyabrında 9 il azadlıqdan məhrum olunub. Elə məhkəmə zalında da həbs edilib.
Səfərov 2019-cu il martın 16-dap rezidentinəfv sərancamı ilə azadlığa buraxılıb.
"Ameikanın səsi"