"Kəskin devalvasiya qaçılmazdır..." - Ekspert həyəcan təbili çalır
21-06-2016 23:34 / Bu xəbər 2510 dəfə oxundu
"Kəskin devalvasiya qaçılmazdır, kreditləri ödəmək çətin olacaq".
Bu sözləri 365.az-a açıqlamasında bank üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov dollarla olan problemli kreditlərin taleyinə münasibət bildirərkən deyib.
Əkrəm Həsənovun sözlərinə görə, dollar kreditlərinə fərqli münasibət yoxdur: "Hökümət tərəfindən dövlət hesabına heç bir güzəşt olmayacaq. Dövlət bu məsələni bankların özünün həll etməsinin vacibliyini deyib. Banklar da heç bir addım atmır".

Əkrəm Həsənov
Ekspert həmçinin bildirib ki, yaxın bir il ərzində manatın kəskin devalvasiyaya uğraması qaçılmazdır: "Bu halda bank sistemin vəziyyəti daha da ağırlaşacaq. Əhalinin də vəziyəti çətinləşəcək. Amma ilk növbədə bank sistemi çökəcək. Bu halda kredit ödəyən vətəndaşlar da ödəməyəcək. Banklar yaxşı olar ki, dollar kreditlərini milli valyutaya keçirsinlər. Heç olmasa vətəndaş gələcəkdə manatla ödəyə bilsin. Hansısa bank bunu etmirsə, həmin bank kreditin qaytarılmaması ilə üzləşəcək".
Əkrəm Həsənov vurğulayıb ki, devalvasiya qaçılmazdır və kreditləri ödəmək çətin olacaq. Nəinki sıravi vətəndaşlar, hətta sahibkarlar da kreditləri ödəyə bilməyəcək. Çünki sahibkarların gəliri də bir qayda olaraq manatladır. Ona görə böyük məbləğli kreditlərdə də problem yaranacaq".
Arqument.Az












