Koronavirus təhlükəsinə görə bir neçə imtahan təxirə salınıb

Koronavirus təhlükəsinə görə bir neçə imtahan təxirə salınıb

03-03-2020 16:03 / Bu xəbər 837 dəfə oxundu

Dövlət İmtahan Mərkəzi yeni tarix müəyyən edəcək

Koronavirus infeksiyasının yaratdığı təhlükə ilə bağlı martın 9-da keçirilməsi olan Dövlət Sərhəd Xidməti Xüsusi Məktəbin V sinfinə qəbul imtahanı təxirə salınıb.

Məlumatı Dövlət İmtahan Mərkəzi yayıb.

Bildirilib ki, imtahanın vaxtı imtahanın keçiriləcəyi tarixdən 1 həftə öncə elan olunacaq.

Eyni zamanda, həmin günə planlaşdırılan doqquzillik orta təhsil bazasında buraxılış imtahanları eyni səbəbdən ləğv edilib.

İmtahanlar martın 9-da Gəncə, Şəki, Lənkəran və Sumqayıtda, eləcə də ölkənin 23 rayonunda keçirilməli idi.

DİM-in 3 mart tarixli məlumatında ​​deyilir ki, imtahan qeyri-müəyyən vaxta təxirə salınıb. Yeni tarix imtahanlardan bir həftə öncə müəyyənləşdiriləcək.

Martın 2-də Nazirlər Kabineti yanında yaradılan Operativ Qərargah ölkə ərazisində bütün təhsil müəssisələrinin bağlanması barədə qərar qəbul edib. İlk dərs günü martın 10-a təyin edilib.///Meydan.Tv