Kreml Qərbi Qafqazda sülhə mane olmaqda günahlandırır
19-01-2024 16:44 / Bu xəbər 816 dəfə oxundu
Kreml Qərbi Qafqazda sülhə mane olmaqda günahlandırır
Rusiya Qərb dövlətlərini Moskva, Bakı və Yerevan arasında üçtərəfli sazişlərin həyata keçirilməsinə imkan verməməkdə ittiham edir.
Bu barədə yanvarın 18-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2023-cü ilin yekunlarına dair mətbuat konfransında bildirib.
Rusiyalı diplomatın sözlərinə görə, Avropa İttifaqı və ABŞ Rusiyadan yan keçməklə Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyasını özlərinə məxsus üsullarla təşkil etmək istəyirlər: "Mənim bütün əsaslarım var ki, Qərb Rusiyanın vasitəçiliyi ilə Yerevanla Bakı arasında bağlanmış razılaşmaların baş tutmasına imkan vermək istəmir”.
"Ancaq yaxşı bilirik ki, Cənubi Qafqazda qərbli dostların "yaxşı” məsləhətləri həmişə mövcuddur və bu məsləhət bəzən prosesin bu və ya digər iştirakçısı tərəfindən qəbul edilir. Amma fakt budur ki, Qərbin məsləhətləri heç də həmişə razılıq əldə etmək məqsədi daşımır. Region ölkələri arasında öz maraqlarının tarazlığına əsaslanaraq, lakin öz geosiyasi məqsədlərini təşviq etmək – bu da hamıya yaxşı məlumdur”, – deyə Lavrov bildirib.
O, Azərbaycanın Rusiya ərazisində sülh müqaviləsini imzalamağa hazır olduğunu deyib: "Qərb tərəfdaşlarının Ermənistan-Azərbaycan sülh müqaviləsini yalnız onların ərazisində imzalanmasını istəmələri faktdır. Azərbaycanın bu, münaqişənin dayandırıldığı Rusiya ərazisində yekunlaşmasını istəməsi də faktıdır. Yerevanın buna nə qədər hazır olması mənə məlum deyil”.
Sergey Lavrov Ermənistanın Sünik bölgəsindən keçən marşrutun Yerevanın mövqeyinə görə bağlı qalmasından təəssüfləndiyini bildirib: "Çox təəssüf edirəm ki, Sünik bölgəsindən marşrutun açılması kimi praktiki, Ermənistan üçün faydalı olan şey hələ də kağız üzərində qalır. Bunun səbəbini Yerevanın mövqeyində görürəm”.
Yanvarın 10-da Azərbaycan prezidenti İlham Əliyev yerli telekanallara bildirmişdi ki, Azərbaycan 2021-ci ilin mayında və 2022-ci ilin sentyabrında Ermənistan-Azərbaycan sərhədində işğal olunmuş mövqelərini tərk etməyəcək.
O, Ermənistanın sərhəddəki işğal olunmuş ərazilərlə bağlı Azərbaycana qarşı iddialarını əsassız adlandırıb.
Həmin açıqlamadan 3 gün sonra Ermənistanın Baş naziri Nikol Paşinyan İlham Əliyevin açıqlamasının sülh prosesinə ciddi zərbə vurduğunu söyləmişdi.(Meydan TV)