Kremlə kim daha yaxındır: Paşinyan, yoxsa Əliyev?
09-04-2022 22:50 / Bu xəbər 6182 dəfə oxundu
Ruslan İzzətli
Aprelin 6-da Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşü keçirilıb.
Paşinyan 7 aprel tarixində hökümətini toplayıb hesabat verdi, İlham Əliyev də 9 apreldə Putinə zəng edib görüş haqda hesabat verdi.
Sual yaranır Kremlə kim daha yaxındır: Paşinyan, yoxsa Əliyev?
Digər bir sual ortaya çıxır: Qərbin vasətiçiliyinə Paşinyan, yoxsa Əliyev daha çox maraqlıdır?
Rejimin propaqandasına uymadan bu suallar ətrafında düşünsəniz, II Qarabağ savaşı və ondan sonrakı proseslər sizə daha çox aydın olacaq.
O zaman "xarici siyasət yaxşıdır, daxili siyasət yox" deyənlərə də cavabınız olacaq.
Çünki hər kəs anlamalıdır ki, güvənli və dayanıqlı xarici siyasət daxili siyasətdən qaynaqlanır.
Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir. Arqument.az-ın mövqeyi müəllifin mövqeyi ilə üst-üstə düşməyə bilər.