Kuleba: “Çıxılmaz vəziyyətdəyik, fikir ayrılığı, iradə çatışmazlığı var…”

Kuleba: “Çıxılmaz vəziyyətdəyik, fikir ayrılığı, iradə çatışmazlığı var…”

11-09-2023 14:12 / Bu xəbər 980 dəfə oxundu

Ukrayna Rusiyanın hərbi cinayətlərini araşdırmaq üçün beynəlxalq tribunalın yaradılması ilə bağlı G7 ölkələri ilə razılığa gələ bilmir.

Bunu Ukrayna xarici işlər naziri Dmitri Kuleba bildirib.

Onun sözlərinə görə, Rusiyanın dondurulmuş aktivlərinin Ukraynaya ötürülməsi mexanizminin tapılmasında da irəliləyiş yoxdur.

"Təəssüf ki, biz hər iki məsələdə bir növ çıxılmaz vəziyyətdəyik, çünki birincidə fikir ayrılığımız var, ikincidə isə açıq şəkildə iradə çatışmazlığı var”, – Kuleba deyib.

O xatırladıb ki, G7 ölkələri Ukrayna məhkəmə sisteminə əsaslanacaq, lakin eyni zamanda beynəlxalq hakimlərin, prokurorların, vəkillərin və digər kadrların cəlb edilməsinə imkan verəcək "hibrid tribunal”ın yaradılmasının tərəfdarıdır.

Kiyev hesab edir ki, bu format Rusiya rəhbərliyinin toxunulmazlıqdan məhrum edilməsini və məsuliyyətə cəlb edilməsini nəzərdə tutmur, ona görə də o, nasist hərbi cinayətkarlarını mühakimə edən Nürnberq kimi xüsusi tribunalın yaradılmasının tərəfdarıdır.

"Rusiya rəhbərliyini cəzalandırmaq üçün presedent yaratmaq üçün xüsusi tribunal lazımdır. Prezident Vladimir Putin, həmçinin baş nazir və xarici işlər naziri cəzalanmalıdır. Lakin "hibrid tribunal” bu üçlüyü necə cəzalandırmaq sualına cavab vermir”, – Kuleba qeyd edib.(azpost.info)