Lənkəran və Lerikdə zəlzələ olub
14-12-2023 15:30 / Bu xəbər 1137 dəfə oxundu
Xəzər dənizində (İran) zəlzələ qeydə alınıb.
Yeraltı təkan yerli vaxtla 15:00-da qeydə alınıb.
Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) yaydığı məlumatda bildirilib.
Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən, zəlzələ Lənkəran, Lerik ərazisində 3 baldan artıq hiss olunub.
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, təkanların maqnitudası 4.5 olub.