Lerikin 30 kəndində telefon və internet işləmir
29-03-2023 15:50 / Bu xəbər 691 dəfə oxundu
Lerikin Osyodərə, Züvüç və Şingədulan ərazi icra nümayəndəliklərinə daxil olan 30-a yaxın kənddə telefon rabitəsi və internet dayanıb.
Bu barədə rayon sakinləri bildiriblər. Onların hadisənin səbəbini bilmir.
Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini Habil Məlikov Qaynarinfo-ya xəbəri təsdiqləyib: "Bəli, hazırda həmin ərazidə telefon və internet işləmir. Tikinti-quraşdırma işləri aparılarkən kabel zədələnib”.
Habil Məlikov əlavə edib ki, tezliklə problem aradan qaldırılacaq: "Artıq Lənkərandan briqada gəlir. Tezliklə problem aradan qaldırılacaq”.












