Ölkə banklarının xalis mənfəəti 23% artıb
26-09-2023 16:54 / Bu xəbər 1084 dəfə oxundu
Azərbaycanın bank sektoru son 8 ay ərzində 724.2 milyon manat xalis mənfəət qazanıb.
Bu haqda sentyabrın 26-ı Mərkəzi Bank açıqlama yayıb.
Belə ki, 2023-cü ilin yanvar-avqust aylarında əldə edilmiş mənfəət ötən ilin eyni dövrü ilə müqayisədə 22.9% artıb.
Qeyd edilən dövr ərzində, bankların əməliyyat mənfəəti isə 1064 milyon manata bərabər olub.
Ümumillikdə, banklar tərəfindən sentyabradək 187.4 mln. manat məbləğində mənfəət vergisi ödənilib.
Mərkəzi Bank 2022-ci ilin yanvar-avqust aylarında Azərbaycanın bank sektoru tərəfindən 589.4 milyon manat xalis mənfəət əldə edildiyini bildirib.