Ülvi Həsənlinin vəkili ilə telefon danışığına icazə verilmir

Ülvi Həsənlinin vəkili ilə telefon danışığına icazə verilmir

08-12-2023 02:23 / Bu xəbər 1169 dəfə oxundu

Dekabrın 7-də "Abzas Media"nın direktoru Ülvi Həsənlinin vəkili ilə telefon danışığına icazə verilməyib. 

Bu barədə onun vəkili Zibeydə Sadıqova məlumat verib. 

Vəkil bildirib ki, Ülvi Həsənliyə göndərilən kitabları da qəbul etməyiblər. 

Ülvi Həsənli bu gün Ombudsman nümayəndələri ilə görüş zamanı şikayətlərini onlara bildirib. 

Nümayəndələr isə bu barədə məlumatlı olduqlarını deyiblər.

Noyabrın 21-də "Abzas Media”nın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı, noyabrın 23-də isə direktor müavini Məhəmməd Kekalov barəsində "qrup halında qaçaqmalçılıq” ittihamı ilə 4 ay həbs qətimkan tədbiri seçilib.

Noyabrın 30-da jurnalist Nərgiz Absalamova dindirilmə üçün çağırıldığı Bakı Şəhər Baş Polis İdarəsində saxlanılıb və ona qarşı da "Abzas Media" rəhbərliyi ilə eyni maddə (qrup halında qaçaqmalçılıq) ittihamı irəli sürülüb.

1 dekabr tarixində Xətai Rayon Məhkəməsinin qərarı ilə jurnalist Nərgiz Absalamova barəsində ilkin istintaq dövrü üçün 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. 

Jurnalistlər onlara qarşı irəli sürülən ittihamları rədd edirlər və həbslərinin jurnalistika fəaliyyətləri ilə bağlı olduğunu bildirirlər.