Lvova düşən raket 7 nəfərin ölümünə səbəb olub

Lvova düşən raket 7 nəfərin ölümünə səbəb olub

04-09-2024 17:39 / Bu xəbər 1156 dəfə oxundu

Rusiyanın Polşa ilə sərhəddə yerləşən şəhərə raket atdığı bildirilir

Ukraynanın qərbində, NATO üzvü Polşa ilə sərhəddə yerləşən Lvov şəhərinə Rusiyaya məxsus pilotsuz uçan aparat və raket hücumu olub. Nəticədə yeddi nəfər ölüb, onlardan üçü uşaqdır.

"Reuters” yazır ki, şəhərin mərkəzindəki tarixi binalara ziyan dəyib. Bu, müharibənin ən ölümcül hücumundan (Rusiyanın iki ballistik raketlə hərbi institutu vurması nəticəsində 50 nəfər ölüb) bir gün sonra baş verib.

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, müttəfiqlər daha çox hava hücumundan müdafiə sistemi təmin etməklə "terrorun” dayandırılmasına kömək edə bilər. O, tərəfdaşları Rusiya ərazisinin dərinliklərində uzaqmənzilli Qərb silahlarının istifadəsinə icazə verməyə çağırıb.

Lvova və ya çərşənbə axşamı Poltavaya hücumla bağlı hələlik şərh verməyən Rusiya, çərşənbə günü Ukraynanın Rusiya ərazisinə uzunmənzilli zərbələr endirəcəyi təqdirdə Moskvanın "son dərəcə ağrılı” cavab verəcəyini bildirib.

Ukrayna Hərbi Hava Qüvvələri Rusiyanın son hücumu zamanı ölkə daxilində 13 raketdən yeddisini və 29 pilotsuz təyyarədən 22-ni vurduğunu bildirib. Regionun qubernatoru Maksim Kozutski "Telegram” mesajlaşma proqramında bildirib ki, Lvovda həlak olanlar arasında 9 və 14 yaşlı yeniyetmə də var.

Ukraynanın daxili işlər naziri İqor Klimenko bildirib ki, hücum nəticəsində 40-a yaxın adam yaralanıb. 

Lvov şəhərinin meri Andriy Sadovyi milli televiziyaya bildirib ki, məktəblər, evlər və klinikalar da daxil olmaqla, 70-dən çox tikili zədələnib.

Moskva genişmiqyaslı işğal zamanı mülki əhalinin hədəf alındığını daha əvvəl təkzib edib, lakin Ukraynanın hərbi, enerji və nəqliyyat infrastrukturunun qanuni hərbi hədəflər olduğunu da bildirib.