Manatın kursunun düşəcəyi tarix açıqlanıb
14-11-2023 15:26 / Bu xəbər 1515 dəfə oxundu
Beynəlxalq kredit risklərinin data analizi və araşdırması ilə məşğul olan "Fitch Solutions” şirkəti (FS) Azərbaycan manatının yaxın 10 ildəki məzənnəsi ilə bağlı proqnozunu açıqlayıb.
Bu barədə material şirkətin rəsmi saytında dərc olunub.
Şirkətin analizlərinə əsasən, manatın məzənnəsinin 2027-ci ilə qədər sabit qalacağı proqnozlaşdırılır.
Amma şirkət 2027-ci ildə manatın məzənnəsinin 1,75-ə, 2028-ci ildə isə 1,80-ə düşəcəyini bildirib.
Proqnozlara görə, 2033-cü ilə qədər ABŞ dollarının manata qarşı məzənnəsi 1,80 səviyyəsində qalacaq.
Bundan əvvəl Hollandiyanın beynəlxalq bank və maliyyə xidmətləri korporasiyası ING manatın məzənnəsinin 2026-cı ilə qədər sabit qalacağını elan etmişdi.