"Manatın taleyi McKinseydən asılıdır" - Qubad İbadoğlu

02-09-2016 15:50 / Bu xəbər 1614 dəfə oxundu

"Azərbaycan iqtisadiyyatının durumu milli valyutanın sabitliyindən, milli valyutanın sabitliyi də iqtisadiyyatın durumundan asılıdır”.

Bunu iqtisadçı ekspert Qubad İbadoğlu şəxsi feysbuk səhifəsində qeyd edib.

"Azərbaycan hökuməti islahatlar paketinin, yol xəritəsinin hazırlanmasını ABŞ-ın McKinsey qlobal konsaltinq şirkətinin öhdəsinə buraxıb. 10 mindən çox məsləhətçisi və 2000-dək tədqiqatçısı olan "McKinsey" şirkəti dünyanın müxtəlif ölkələrində hökümətlərə, şirkətlərə, qeyri-hökumət təşkilatlarına xidmət edir. Azərbaycan hökuməti ilə razılaşmaya görə, islahatlara keçid üçün yol xəritəsi oktyabrda təqdim olunacaq", - iqtisadçı vurğulayıb. 
 
Qubad İbadoğlu bu şirkətin hazırlayacağı islahatlar paketinin mövcud vəziyyətdə müsbət nəticə verəcəyini düşünmür: "Beynəlxalq şirkətlərin işinin ən zəif tərəfi onların yerli xüsusisiyyətlərə nəzərə alınmadan sənədlər və tövsiyələr hazırlanmasıdır. Azərbaycan iqtisadiyyatının yerli xüsusiyyətləri daha spesifik və mürəkkəbdir, ölkədə baş verənlərin bir çoxu daha çox subyektiv amillərin və yazılmamış qanunların təsirindən qaynaqlanır. Bu xüsusiyyətlərin və "qanunauyğunluqların" genezisini bilmədən hazırlanmış hər hansı bir proqram Azərbaycan iqtisadiyyatının hazırkı durumunda səmərə verməyəcək. "Manatın taleyi McKinseydən asılıdır". 

İqtisadçı həmçinin bildirib ki, islahatların nəticəsi ona olan inamdan asılıdır. Manatın hazırkı durumu, maliyyə-bank sistemində qeyri-ardıcıl siyasət, dövlət maliyyəsinində pis idarəçilik, korrupsiya və iri miqyaslı mənimsəmələr bu inamı çoxdan sarsıdıb. Buna Beynəlxalq Bankda baş verənlərlə bağlı onun keçmiş prezidenti Cahangir Hacıyevin məhkəmə çıxışları əyani misaldır. Digər banklardakı vəziyyətin Beynəlxalq Banıkdan ciddi fərqlənmədiyini nəzərə alsaq bütünlüklə maliyyə idarəetməsi sahəsindəki vəziyyət acı təəssüf doğurur".

Ofelya Ramilqızı
Türkan Bəşir