"Medistyle Hospital" vergidən yayınır?
29-06-2024 23:44 / Bu xəbər 872 dəfə oxundu
İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin rəhbəri Eyyub Kərimli özünün "Facebook” profilində "Medistyle Hospitl”da baş verən qanunsuzluqlarla bağlı paylaşım edib.
O iddia edir ki, sözügedən şirkət vətəndaşların hüquqlarını pozmaqla yanaşı, vergidən dəd külli miqdarda vəsait yayındırır.
Onun statusunu olduğu kimi dərc edirik: "Dünən (srağagün – red.) "Medistyle Hospitl”da böyük bir qanunsuzluq və özbaşınalıqla üzləşdim. Deməli, ailə üzvümün əməliyyatı üçün Dr Elşad Rzayevə müraciət etdik. Analizlər və əməliyyat üçün böyük məbləğdə vəsait ödədik və bu gün (dünən) saat 9:00-a əməliyyat təyin edildi.
Ödənişi yalnız nəğd formada tələb etdilər, nəğdsiz ödənişi qəbul etmirlər.
Ödəniş zamanı qəbz və pasientlə bağlanan müqaviləni surətini istədim, bunların heç biri təqdim edilmədi.
Dünən (srağagün) gecə həkim mənə zəng edib müxtəlif qeyri ciddi səbəblər göstərməklə, əməliyyatı edə bilməyəcəyini bildirib.
"Siz təsəvvür edin, ödəniş qəbzini və xidmət müqaviləsinin surətini istədiyim üçün, çəkinib, əməliyyatdan imtina etdilər. Deməli, bu klinika həm vergidən yayınır, həm pasientin hüquqlarını kobud formada pozur. Dövlət Vergi Xidmətindən bununla bağlı ciddi ölçü götürməyi, media nümayəndələrindən isə xahiş edirəm ki, bu məsələni geniş işıqlandırsınlar. Həkim mənə deyir ki, bilirsiniz, savadlı insanlarla işləmək istəmirik, orta bilikli insanlarka işləmək daha rahatdır. Yəni onları şikəst qoymaq”. (Hurriyyet.az)