Məhkəmə 55 min manat mənimsəyən mühasiblə bağlı qərar verdi
06-06-2024 01:35 / Bu xəbər 603 dəfə oxundu
Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıdakı şirkətlərdən birində mühasib işləyən, Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə külli miqdarda törədildikdə) maddəsi ilə təqsirləndirilən Bahar Altay qızı Abışovanın sonuncu məhkəmə prosesi keçirilib.
"Unikal"ın məlumatına görə, prokuror 6 il 6 ay hökm oxunmasını tələb etsə də, məhkəmənin qərarı ilə Bahar Abışovaya 2 il müddətinə şərti cəza verilib.
Bahar Abışova ibtidai istintaq dövründə həbs edilsə də, 13 dekabr 2023-cü il tarixdə həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilib.
Maraqlıdır ki, məhkəmə və media sözügedən şirkətin adını açıqlamayıb.