Məhkəmə Aygün Kazımovaya bir ay vaxt verdi - FOTOFAKT
27-01-2014 14:06 / Bu xəbər 2759 dəfə oxundu
Məhkəmə müğənni Natavan Həbibinin, xalq artisti Aygün Kazımovaya qarşı şərəf və ləyaqətin, işgüzar nüfuzun müdafiəsinə dair iddia tələbi üzrə qətnamə qəbul edib.
Arqument.az-ın məlumatına görə, bu gün “ Space” telekanalında yayımlanan “Hələ bu harasıdır” verilişində efirə gedən süjetdə məlum olub ki, qətnamə ilə - qanuni qüvvəsini aldıqdan sonra -cavabdeh Kazımova Aygün Ələsgər qızına həvalə olunub ki, bir ay ərzində təkzib versin və Natavan Həbibidən üzr istəsin.
Həmçinin, cavabdeh Aygün Kazımovaya məxsus “İnstagram”səhifəsində təkzibin, yerləşdirildiyi gündən etibarən bir gün müddətində silinməsi xalq artistinə qadağan edilib.
Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhər Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər.
Qətnaməni olduğu kimi sizə təqdim edirik:
Arqument.az