Məhkəmə DTX-nın həbs etdiyi icra başçısı ilə bağlı qərar verdi

Məhkəmə DTX-nın həbs etdiyi icra başçısı ilə bağlı qərar verdi

30-04-2020 19:25 / Bu xəbər 1379 dəfə oxundu

Biləsuvar Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Mahir Quliyev barəsində məhkəmə qərar verib.

"Qafqazinfo"nun verdiyi xəbərə görə, istintaqın təqdimatı ilə Səbail Rayon Məhkəməsinin hakimi Anar Tanrıverdiyevin qərarı ilə Mahir Quliyev barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Onunla birlikdə bir neçə şəxsin də saxlanıldığı bildirilir. 

M. Quliyev Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.

Xatırladaq ki, Mahir Quliyev Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla tutduğu vəzifədən azad edilib.