“Mehman Əliyevə azadlıq” - REPORTAJ

“Mehman Əliyevə azadlıq” - REPORTAJ

27-08-2017 00:55 / Bu xəbər 3025 dəfə oxundu

Avqustun 26-da, Müsavat Partiyasının qərargahında Mehman ƏIiyevin müdafiəsi ilə bağlı toplantı keçirilib.

Toplantını açıq elan edən jurnalist Əvəz Zeynallı Mehman Əliyevin həbsini söz azadlığına basqı olaraq qiymətləndirib.

Daha sonra söz siyasətçilər və ictimai xadimlərə verilib.

Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər Mehman Əliyevin hüquqları müdafiə komitəsi yaradılması fikrini dəstəklədiyini bildirib.

AXCP sədri Əli Kərimli müxalifət, vətəndaş cəmiyyəti və mətbuatın səylərinin yetərli olmadığını və bu işdə hamının iştirakının vacib olduğunu deyib.

Müsavat Partiyasının başqanı Arif Hacılı müxalifəti güclərini birləşdirməyə çağırıb.

Siyasi Məhbusları Müdafiə Mərkəzinin koordinatoru Oqtay Gülalıyev həbsdə olan siyasi məhbusların da Mehman Əliyevə dəstək olduğunu deyib.

Toplantıda digər siyasi və ictimai xadimlər də çıxış edib.Bir çox təkliflər səsləndirilib.Mehman Əliyevin həbsi ilə bağlı komitənin yaradılması təklifi müzakirə edilib.

Müsavat başqanı Arif Hacılı komitədə hər qurumdan bir nümayəndənin təmsil olunmasını təklif edib. Arif Hacılı Müsavat Partiya nümayəndəsinin başqan müavini Elman Fəttah olacağını bildirib.Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər isə mərkəzin nümayəndəsinin Mehriban Vəzir olacağını deyib.Əvəz Zeynallı komitə sədrliyinə jurnalist Elçin Şıxlının namizədliyini təklif edib.

Sonda "Mehman Əliyevə azadlıq” komitəsinin yaradılması qərara alınıb. Komitənin ilk iclası 28 avqusta təyin edilib. İclas mətbuata qapalı keçiriləcək.

Toplum tv