Mehman Sadıqov: "Əsgərin intihar səbəbi araşdırılır"

Mehman Sadıqov:

31-05-2021 13:54 / Bu xəbər 942 dəfə oxundu

"Məhəmməd Əliyev keşikçi qülləsində intihar edib"

"Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əsgərinin intihar etməsi barədə yayılan məlumat doğrudur".

Bu barədə Penitensiar xidmətin şöbə rəisi Mehman Sadıqov Meydan TV-yə deyib.

O bildirib ki, hadisə mayın 31-də gecə saat 2 radələrində baş verib: "Mühafizə Alayının atıcı bölüyünün atıcısı, əsgər Məhəmməd Əliyev keşikçi qülləsində xidmət apararkən ona təhkim olunmuş AK-74 markalı avtomat silahından atəş açaraq intihar edib".

Mehman Sadıqov deyib ki, intiharın səbəbləri araşdırılır: "Bakı Hərbi Prokurorluğunun tərəfindən araşdırma aparılır".

O, intihar edən Məhəmməd Əliyevin 2003-cü il təvəllüdlü olduğunu bildirib.