Mərkəzi Bankdan dollar açıqlaması

Mərkəzi Bankdan dollar açıqlaması

30-12-2015 12:58 / Bu xəbər 1690 dəfə oxundu

 Yanvarın 5-də dolların məzənnəsi 1,5610 olacaq
 
Mərkəzi Bank əhalinin nəzərinə çatdırır ki, qarşıdakı bayram günlərində milli valyutanın məzənnəsi ilə bağlı yarana biləcək hər hansı spekulyativ xarakterli məlumatlara və şaiyələrə inanmasınlar.

Musavat.com-un məlumatına görə, Mərkəzi Bank tərəfindən müəyyən edilmiş yeni məzənnə siyasəti rejiminə uyğun olaraq tələb və təklif nəzərə alınmaqla manatın ABŞ dollarına nisbətən rəsmi məzənnəsi 05 yanvar 2016-cı il tarixi üçün 1.5610 müəyyənləşdirilib.

Məlumat üçün bildirilir ki, bayramqabağı günlərdə Mərkəzi Bank tərəfindən bankların valyutaya olan ehtiyacları keçirilmiş hərraclar vasitəsilə kifayət həcmdə təmin edilib.
 
Arqument.Az