Mərkəzi Bankın ehtiyatları azaldı

Mərkəzi Bankın ehtiyatları azaldı

08-05-2015 13:18 / Bu xəbər 1266 dəfə oxundu

Valyuta ehtiyatları son 4 aya 5 milyard 370 milyon dollar azalıb


 

Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları azalıb.

ANS PRESS-in AMB-yə istinadla verdiyi məlumata görə, baş bankın ehtiyatları 1 milyard 84 milyon dollar azalıb.

31 mart tarixinə 9 milyard 472 milyon dollar valyuta ehtiyatları 30 aprel tarixinə azalaraq 8 milyard 387 milyon təşkil edib. 

Qeyd edək ki, Mərkəzi bankın hazırki valyuta ehtiyatları 31.12.2014 tarixindən bu yana, yəni son 4 aya 5 milyard 370 milyon dollar azalıb.
 
Arqument.Az