Mərkəzi Bankın pulu azaldı

Mərkəzi Bankın pulu azaldı

04-03-2016 20:23 / Bu xəbər 1604 dəfə oxundu

Bu ilin martın 1-nə Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 4 milyard 26,3 milyon dollar təşkil edib.

Azərbaycan Mərkəzi Bankından (AMB) verilən məlumata görə bu, yanvar ayının yekunu ilə müqayisədə 372,2 milyon dollar və yaxud 8,5% azdır. 

Qeyd edək ki, ötən ilin fevral ayının yekunları ilə müqayisədə valyuta ehtiyatları 6 milyard 978,1 milyon dollar və ya 63,41% azalıb. 

Xatırladaq ki, 2015-ci ilin martın 1-nə AMB-nin valyuta ehtiyatlarının həcmi nə az, nə çox düz 11 milyard dollar olub.///qaynar.info