Milan derbisi: "İnter" 3 qolla qalib gəldi
22-02-2021 01:41 / Bu xəbər 3449 dəfə oxundu
İtaliya A seriyasında növbəti Milan derbisi baş tutub.
Qaynarinfo xəbər verir ki, "Milan” və "İnter” ölkə çempionatlarında 196-cı dəfə üz-üzə gəlib.
Bu qarşılaşma A seriyasının XXIII turuna təsadüf edib. Rəqiblərini eyni stadionda qəbul edən rəqiblərin duelində "Milan” ev sahibi olub.
Oyun "İnter"in 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. İlk 2 qolu 5-ci və 57-ci dəqiqələrdə Lautaro Martines vurub. Son nöqtəni isə 66-cı dəqiqədə Romelu Lukaku qoyub.
Bu, "İnter”in çempionat çərçivəsində "Milan” üzərində yubiley - 75-ci qələbəsi olub. "Milan” 63 qələbə qazanıb, 58 matç heç-heçə bitib. Top fərqində də "neradzurra” öndədir – 286:259.
Bu qələbədən sonra xal hesabını 53-ə çatdıran "İnter” liderliyini möhkəmlədib. İkinci sırada qalan "Milan” 4 xal geridədi.