Milli komandamız Maltanı uddu
28-01-2015 23:57 / Bu xəbər 2265 dəfə oxundu
Bu gün AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində növbəti oyunlar keçirilir. Qaynar.info хəbər verir ki, H qrupunda mübarizə aparan Azərbaycan yığması 5-ci matçına çıхıb.
Robert Prosineçkinin rəsmi debüt matçında rəqib Malta millisi olub. Tofiq Bəhramov adına Respublika stadionunda millimiz 2:0 hesablı qələbə qazanıb. Hesabı 4-cü dəqiqədə Namiq Ələsgərovun ötürməsindən sonra Cavid Hüseynov açıb. 90+2-ci dəqiqədə isə Dmitri Nazarov fərqlənib. Bu onun milli komandada ilk qolu olub.
Bununla da milli komandamız seçmə mərhələsində ilk хallarını qazanıb. Komandamız bundan əvvəl keçirdiyi 4 oyunda хal qazana bilməmişdi. Bolqarıstan və İtaliyaya 1:2, Norveçə 0:1 hesabı ilə yenilən yığmamızı Bolqarıstan darmadağın edib - 6:0. Beləliklə, Robert Prosineçki də rəsmi debütündə 3 хala sevinib.
AVRO-2016
Seçmə mərhələ
H qrupu, V qrup
28 mart
Azərbaycan - Malta 2:0
Qollar: Cavid Hüseynov, 4. Dmitri Nazarov, 90+2.
Azərbaycan: 1. Kamran Ağayev, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 6. 17. Vüqar Nadirov, 14. Rəşad Sadıqov (k), 16. Cavid Hüseynov, 17. Vüqar Nadirov (8. Eddi İsrafilov, 81), 19. Rahid Əmirquliyev, 20. Namiq Ələsgərov (11. Ruslan Qurbanov, 22), 21. Arif Daşdəmirov, 22, Əfran İsmayılov (13. Dmitri Nazarov, 70).
Ehtiyat oyunçular: 23. Andrey Popoviç, 12. Emil Balayev, 3. Məhəmməd Mirzəbəyov, 4. Mahir Şükürov, 7. Vaqif Cavadov, 9. Məhəmməd Qurbanov, 10. Elvin Məmmədov, 15. Ruslan Abışov, 18. Coşqun Diniyev.
Baş məşqçi: Robert Prosineçki.
Malta: 1. Endryu Hoqq, 2. Conatan Karuana, 3. Stiv Bezzina (20. Stiv Pisani, 46), 4. Stiv Borq, 5. Andre Agius, 8. Roderik Briffa (k), 11. Rouen Muskat, 13. Andre Şembri (6. Rayan Fenek, 81), 16. Pol Fenek, 17. Rayan Kamilleri (22. Zak Muskat, 36), 19. Alfred Effionq.
Ehtiyat oyunçular: 23. Henri Bonelyo, 12. Yustin Haber, 7. Mark Şkerri, 9. Jan Pol Farruqia, 10. Endryu Kohen, 14. Konor Borq, 15. Yurgen Pisani, 18. Byorn Kristensen, 21. Rayan Kamenzuli.
Baş məşqçi: Pietro Qedin.
Sarı vərəqələr: Rahid Əmirquliyev, 56. Dmitri Nazarov, 81 - Conatan Karuana, 89.
Hakimlər: Halis Özkahya, Cem Satman, Ekrem Kan, Kemal Yılmaz (Türkiyə).
Əlavə hakim köməkçiləri: Mete Kalkavan, Tolqa Özkalfa (Türkiyə).
Hakim-inspektor: Covanni Boloqnino (İtaliya).
UEFA nümayəndəsi: Darius Pavel Dziekanovski (Polşa).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
№ | Komanda | O | Q | H/H | M | T/F | X |
1 | Xorvatiya | 5 | 4 | 1 | 0 | 15-2 | 13 |
2 | İtaliya | 4 | 3 | 1 | 0 | 6-2 | 10 |
3 | Norveç | 5 | 3 | 0 | 2 | 7-8 | 9 |
4 | Bolqarıstan | 4 | 1 | 1 | 2 | 4-5 | 4 |
5 | Azərbaycan | 5 | 1 | 0 | 4 | 4-11 | 3 |
6 | Malta | 5 | 0 | 1 | 4 | 1-9 | 1 |












