Milli Məclisin yeni trendi: Azərbaycanda mandat da irsi oldu
05-09-2024 17:22 / Bu xəbər 860 dəfə oxundu
MSK-nın ilkin məlumatına görə, Azərbaycan parlamentinin yeni tərkibinə əvvəlki deputatların və dövlət məmurlarının övladları və qohumları olan bir qrup şəxs daxil olub:
Günay Əfəndiyeva - baş nazirin keçmiş müavini Elçin Əfəndiyevin qızı;
Günay Ağamalı - keçmiş deputat Fəzail Ağamalının qızı;
Tənzilə Rüstəmxanlı - keçmiş deputat Sabir Rüstəmxanlının həyat yoldaşı;
Samir Vəliyev - keçmiş deputat Əhməd Vəliyevin oğlu;
Pərvanə Vəliyeva - xarici işlər nazirinin müavini Elnur Vəliyevin həyat yoldaşı;
Nigar Məmmədova - keçmiş ədliyyə naziri Fikrət Məmmədovun qızı;
Mahir Süleymanov - Milli Məclisin keçmiş deputatı Tahir Süleymanovun oğlu;
Fariz İsmayılzadə - keçmiş deputat Hadi Rəcəblinin bacısı oğlu.
Politoloq Nəsimi Məmmədli bildirib ki, seçkilərin ilkin nəticələrinə görə, 88 nəfər əvvəlki tərkibdən qalır. 37 nəfər yeni deputatdır. Bu 37 nəfərin 7 nəfəri əvvəllər də deputat olub. Otuz nəfər tamamilə yeni simalardır. "25 nəfər yeni şəxsin adını Google axtarış sistemi üzərindən belə tapa bilmədim ki, bu adamlar nə işlə məşğul olub", - deyə Məmmədli qeyd edib.