“Millimiz nəfəs aldı” - Rövnəq Abdullayev

“Millimiz nəfəs aldı”   - Rövnəq Abdullayev

29-01-2015 01:37 / Bu xəbər 2270 dəfə oxundu

Ötən gün Avropa çempionatının seçmə mərhələsinin H qrupunda 5-ci tur oyunlarına start verilib.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan millisi evdə Maltanı 2:0 hesabı ilə məğlub edib. Tofiq Bəhramov adına Respublika Stadionundakı qarşılaşmadan sonra AFFA-nın prezidenti Rövnəq Abdullayev oyunla bağlı fikirlərini açıqlayıb. Federasiya prezidenti qələbəni belə şərh edib:   

“Ən əsası qələbədi. Çox şadıq ki, Azərbaycanın tarixində məşqçimiz ilk rəsmi oyununda qələbə qazanıb. Bu uğurun başlanğıcıdı. Mən onlara uğurlar arzuladım. Rəqib güclü komanda idi, həm Xorvatiya, həm də Bolqariya ilə oyunlarda xal qazanmışdı. Qələbə qazanmaqla komandamız nəfəs aldı, Yenidən ayağa qalxdı. Uğurlar arzulayıram”.