Millinin məşqçisi biabırçı məğlubiyyətdən danışdı
15-01-2014 12:28 / Bu xəbər 1785 dəfə oxundu
Futbol üzrə Azərbaycan millisinin məşqçisi Aslan Kərimov Avro-2016-ın seçmə mərhələsində Azərbaycanın Xorvatiyaya 0-6 hesabı ilə uduzmağına münasibət bildirib.
Arqument.az AzNews.az-a istinadən xəbər verir ki, məşqçinin fikrincə, Azərbaycan millisinin heyətində olan futbolçular sıx qrafiklə oyuna çıxmağa hələ hazır deyil.
“Ona görə meydanda sona qədər mübarizə apara bilmirdilər. Eyni zamanda da xorvatlar bizim komandadan çox güclüdürlər və bunun məntiqi nəticəsi kimi də bizdən yaxşı oynadılar", - deyə Aslan Kərimov bəlavə edib.
Arqument.az












