Moskva çağırış etdi: "Qərbə Cənubi Qafqazdan "rədd olun" deməliyik"

Moskva çağırış etdi:

07-10-2024 17:54 / Bu xəbər 584 dəfə oxundu

"Qərb Zaqafqaziyada xaos yaratmağa çalışır, region ölkələri bu cəhdlərə qarşı mübarizə aparmalıdırlar". 

Bu barədə bazar ertəsi Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

"Biz kollektiv Qərbin, NATO blokunun bulanıq suda balıq tutmaq arzusunu görürük", - deyə o qeyd edib.

"Qərbin xaosu idarə etmək istəyi ilə əlaqədar dünyanın müxtəlif nöqtələrində gedən ümumi destabilizasiyanın bizim regionumuza sıçramaması üçün əlimizdən gələni etməliyik", - deyə Zaxarova bildirib.

"Biz burada sülhü qorumağa birlikdə o qədər güc sərf etmişik ki, bu növbəti manipulyatorların idarə olunan xaos siyasətlərini yaymasına imkan verməmək üçün əlimizdən gələni etməliyik", - deyə o qeyd edib. 

Qoynunda bıçaq daşıyanlara "regionumuzdan rədd olun deməliyik", - deyə o bildirib.