Müsavat namizədlərini açıqladı: siyahıda kimlər var?

Müsavat namizədlərini açıqladı: siyahıda kimlər var?

16-12-2019 18:29 / Bu xəbər 1736 dəfə oxundu

Müsavat Partiyası növbədənkənar parlament seçkiləri üçün iştirak edəcək namizədlərinin adlarını açıqlayıb.

Partiya deputatlığa 81 namizəd irəli sürüb. Qərar dekabrın 16-da keçirilmiş Müsavat Partiyasının Divan iclasında qəbul olunub.

İclasdan dərhal sonra partiya qərarqahında keçirilən brifinqdə Müsavat başqanı Arif Hacılı namizədlərin siyahısını jurnalistlərə elan edib.

Müsavat başqanı bildirib ki, seçkilərə qatılan digər müxalifət təşkilatları  – Real Partiyası və Nida Vətəndaş Hərəkatının təmsilçiləri ilə təmasları davam etdirirlər. 

Partiya başqanı bəzi dairələrdə Müsavatın namizəd irəli sürmədiyini bildirərək, həmin dairələrdə digər  müxalifətçi namizədləri müdafiə edəcəklərini qeyd edib.

Arif Hacılı  bildirib ki, 3 dairədə Müsavatın iki nümayəndəsi öz namizədliyini irəli sürüb, onlarla bağlı partiyanın yekun qərarı namizədlərin qeydiyyatı mərhələsi başa çatdıqdan sonra qəbul olunacaq. 

Namizədlərin siyahısı:

 8 saylı Binəqədi birinci Seçki dairəsi - Arzu Səmədbəyli
9 saylı Binəqədi ikinci Seçki dairəsi- Nemət Kərimli
10 saylı Binəqədi üçüncü - Gülağa Aslanlı
11 saylı Qaradağ Seçki dairəsi- Səxavət Soltanlı
12 saylı Qaradağ-Binəqədi-Yasamal Seçki dairəsindən- Elman Quliyev
13 saylı Xəzər-Pirallahı Seçki dairəsi - Niyaz Nəsir
15 saylı Yasamal birinci Seçki dairəsi - Arif  Hacılı
16 saylı Yasamal ikinci Seçki dairəsi - Almaz Məmmədli
18 saylı Nərimanov-Nizami Seçki dairəsi - Namik Niftiyev
19 saylı Nərimanov  birinci  Seçki dairəsi - İsa Qəmbər
20 saylı Nərimanov ikinci  Seçki dairəsi - Valeh Hümmətoğlu
21 saylı Nəsimi birinci Seçki dairəsi - Afər Şirvanlı
23 saylı Nəsimi-Səbail Seçki dairəsi - Zakir İsmayıl
24 Nizami birinci  Seçki dairəsi- Nəsiman Yaqublu
25 saylı Nizami ikinci  Seçki dairəsi  - Zakir Məmmədzadə
26 saylı Sabunçu birinci Seçki dairəsi - Rafiq İsmayıl
27 saylı Sabunçu ikinci Seçki dairəsi - Gülməmməd Abdullazadə
29 saylı Səbail  Seçki dairəsi - Fərəc Kərimli
30 saylı Suraxanı birinci Seçki dairəsi - Misir Məhəmmədoğlu
31 saylı Suraxanı ikinci  Seçki dairəsi - Mustafa Hacılı
32 saylı Suraxanı üçüncü  Seçki dairəsi -İlqar Quliyev (Atabəyli)
33 saylı Xətai birinci  Seçki dairəsi - Nüşabə Sadıxlı
34 saylı Xətai ikinci  Seçki dairəsi - Qəzənfər Baxışov
37 saylı Nizami birinci (Gəncə) Seçki dairəsi- Oqtay Zeynalov
38 saylı Nizami ikinci (Gəncə) Seçki dairəsi - Cahangir Əmirxanlı
39 saylı Kəpəz birinci (Gəncə) Seçki dairəsi -Şayəddin Qasımov
41 saylı Sumqayıt  birinci  Seçki dairəsi- Könül Alı
42 saylı Sumqayıt ikinci Seçki dairəsi - Elşad İsrafil
43 saylı Sumqayıt üçüncü  Seçki dairəsi- İkram İsrafil
44 saylı Sumqayıt- Xızı Seçki dairəsi - Malik Zeynalov
45 saylı Abşeron Seçki dairəsi - Zahir Feyzullayev
49 saylı Yevlax-Mingəçevir  Seçki dairəsi - Nurəddin Rüstəmli
51 saylı Qusar Seçki dairəsi -Bəxtiyar Əlimov
53 saylı Quba-Qusar  Seçki dairəsi- Yaşar İsrafilov
54 saylı Şabran-Siyəzən Seçki dairəsi - Mərdan Mehdili
55 saylı Xaçmaz şəhər  Seçki dairəsi - Söhrab Əmrahlı
56 saylı Xaçmaz kənd Seçki dairəsi- Şövkət Ramazanlı
59 saylı Salyan  Seçki dairəsi - Əziz Məmiyev
60 saylı Salyan-Neftçala  Seçki dairəsi -Kərim Ağarza
61 saylı Neftçala Seçki dairəsi- Sabir Abuzərov
64 saylı Sabirabad ikinci Seçki dairəsi - Əkbər Əliyev
66 saylı Biləsuvar  Seçki dairəsi - Yusif  Mehti, Eldar Soltanlı
67 saylı Cəlilabad şəhər Seçki dairəsi -Azər Əsgər
68 saylı Cəlilabad kənd Seçki dairəsi - Davud Qurbanov
69 saylı Cəlilabad-Masallı-Biləsuvar  Seçki dairəsi -Əlipənah Rzalı, Əlizamin Fərəcli
71 saylı Masallı kənd  Seçki dairəsi- Allahverdi Rəhimov
77 saylı Astara Seçki dairəsi -Tarif  Əliyev
80 saylı İmişli-Beyləqan  Seçki dairəsi - Razim Əmiraslanlı
81 saylı Beyləqan Seçki dairəsi - Tahir Əliyev
82 saylı Ağcəbədi  Seçki dairəsi -Rəşid  Nəcəfli
84 saylı Füzuli Seçki dairəsi - Osman Kazımov
85 saylı Şamaxı Seçki dairəsi - Məzahir Məmmədov
86 saylı İsmayıllı Seçki dairəsi - Dünyaxanım Carullayeva
87 saylı Ağsu-İsmayıllı Seçki dairəsi- Zabit  Bədəlov
88 saylı Göyçay Seçki dairəsi - Aqil Mahmudov
89 saylı Göyçay-Ağdaş Seçki dairəsi - Çingiz Əli
91 saylı Ucar  Seçki dairəsi - Teymur Məmmədov
93 saylı Bərdə şəhər Seçki dairəsi -Müsafir Cəmilli
94 saylı Bərdə kənd Seçki dairəsi -Dadaş Əhmədli
96 saylı Goranboy-Naftalan Seçki dairəsi - Yusif  Namazoğlu
97 saylı Goranboy-Ağdam-Tərtər  Seçki dairəsi - Məlik Həsənli
102 saylı Samux-Şəmkir  Seçki dairəsi - Etibar Əkbər
107 saylı Qazax Seçki dairəsi - İlqar Mustafayev
108 saylı Ağstafa  Seçki dairəsi- Başxanım Abbaslı
109 saylı Balakən Seçki dairəsi- Əhməd Qəzzəliyev
112 saylı Qax Seçki dairəsi - Limunət Əmrahlı
113 saylı Şəki şəhər  Seçki dairəsi -Həbibullah Manaflı
115 saylı Şəki kənd ikinci Seçki dairəsi -Bakıxan Qəribli
117 saylı Oğuz-Qəbələ  Seçki dairəsi - Vaqif  Davud
119 saylı Ağdam kənd Seçki dairəsi - Rəşid İbadov
121 saylı Laçın  Seçki dairəsi -Raqif Kərimli
124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd Seçki dairəsi - Nəcəf Qaraşlı
125 saylı Zəngilan-Qubadlı Seçki dairəsi - Nazim Azadoğlu, Kərimxan Zeynalov.

2020-ci ilin fevral  9-na Azərbaycanda növbədənkənar parlament seçkiləri təyin edilib.

Toplum.Tv