Müsavat Partiyası mitinq təyin etdi

Müsavat Partiyası mitinq təyin etdi

19-03-2019 19:11 / Bu xəbər 1932 dəfə oxundu

Müsavat Partiyası aprelin 7-si mitinq keçirəcək. 

Bu barədə partiyanın mətbuat xidməti açıqlama yayıb.

Açıqlamada bildirilib ki, mitinq ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə rəsmi müraciət ünvanlanıb. 

Müraciətdə mitinqin keçirilməsi üçün 3 yer nəzərdə tutulub. 

"Azadlıq” metrostansiyasından "Dərnəgül” metrostansiyasına qədər yürüş daha sonra S.S.Axundov küçəsində mitinq, "20  Yanvar” metrostansiyasıdan "Məhsul” stadionuna qədər yürüş daha sonra stadionda mitinq, Tofiq Bəhramov stadionun qarşısında mitinq keçirilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət olunub.

Mitinqdə "Siyasi məhbuslara azadlıq!”, "Sərbəst toplaşma azadlığı təmin edilsin!”, "Azad seçki və siyasi rəqabət üçün şərait yaradılsın!” və s. şüarların səslənməyi nəzərdə tutulur.

Müsavat Partiyası ölkədə "Sərbəst toplaşmaq azadlığı haqqında" qanuna əməl olunmamasını, hətta məhdud icazəli toplaşma imkanlarının da aradan qaldırılmasını pisləməklə 10 mart, saat 15:00-da yürüş-mitinq təyin etmişdi. 

Bakı Şəhər İcra Hakimiyyəti isə martın 5-də quruma rəsmi cavab göndərərək, mitinqə icazə verməmişdi. 

Vüqar Mirzəbəy
Toplum.Tv