Naxçıvanda dəyəri 15 milyon manat olan yeni şirkət yaradıldı

Naxçıvanda dəyəri 15 milyon manat olan yeni şirkət yaradıldı

14-04-2023 16:59 / Bu xəbər 950 dəfə oxundu

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "Alçı-Zavod-75” MMC-ni dövlət qeydiyyatına alıb.

APA xəbər verir ki, nizamnamə kapitalı 14 milyon 871 min 058.05 manat olan şirkətin qanuni təmsilçisi Novruzov Nurlan Kamran oğludur. 

"Alçı-Zavod-75” MMC-nin hüquqi ünvanı Naxçıvan şəhəri, N.TUSİ ev.5.-dir. 

Məlumat üçün deyək ki, "Alçı-Zavod-75” MMC-nin hüquqi ünvanı 2005-ci ildə yaradılan "Gəmiqaya Şirkəti” MMC-nin hüquqi ünvanı ilə eynidir.